Daha bir doğum gününü həbsdə qeyd edir

  • By admin
  • 10 Oktyabr 2022 10:00

 

Hazırda 9 Saylı Çəzaçəkmə Müəssisəsində saxlanılan keçmiş baş prokurur və səfir Eldar Həsənov daha bir doğum gününü həbsdə qeyd edir.

Gununsesi.info-nun xəbərinə görə, bu gün Eldar Həsənovun 67 yaşı tamam olur.

Sağlamlıq durumu kifayyət qədər ciddi olan keçmiş səfir bir sıra xəstəliklərdən əziyyət çəksə də onu azad etmirlər.

Məhkəmələrində özünə qarşı ittihamları rədd edən Eldar Həsənov günahsız olduğunu bəyan edib.

Qeyd edək ki, Eldar Həsənov “XİN İşi” çərçivəsində azadlıqdan məhrum edilən yeganə diplomatdır.

Ondan daha ağır ittihamlarla üzləşən XİN-nin digər rəsmiləri azadlığa çıxsa da sabiq səfir ən sərt cəza ilə cəzalandırılıb.

 

Gununsesi.info