
Erməni silahlı birləşmələrinin Lori vilyatəindəki hərbi hissələrin birində müddətdən artıq xidmət edən əsgər Qarnik Petrosyan qəfil ölüb
Gununsesi.info news.am-a istinadən xəbər verir ki, hadisə 24 noyabr saat 10 radələrində baş verib.
Məlumata görə, 36 yaşlı erməni əsgər Qarnik Petrosyanın sağlamlığı kəskin şəkildə pisləşib və Vanadzor hərbi hospitalına aparılarkən yolda ölüb.
Bildirilir ki, ölən 36 yaşlı Garnik Petrosyan Şaumyan kəndində yaşayıb. Petrosyanın kiçik uşaqları var.
Gununsesi.info