
Ermənilər Ağdam rayonunun işğal etdikləri bir neçə yaşayış məntəqələrinə od vurub.
Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, alov Ağdamın işğal altında olan 3 kəndinin ərazisində – Göytəpə ərazi nümayəndəliyinin Abdınlı, Qarağacı və Sarcalı kəndlərində müşahidə olunur.
Cəbhəyanı kənd sakinlərinin APA-ya verdiyi məlumata görə, iki saat əvvəl başlayan yanğın artıq 300 hektaradək əraziyə yayılıb.
Məlumata görə, alov qoşunların təmas xəttinə yaxınlaşıb.
Gununsesi.info