Daha bir futbolçu “FETÖ”-çü çıxdı və tutuldu

  • By admin
  • 18 İyul 2017 08:13

kastamonubylockmanset

Türkiyədə tanınmış qapıçı həbs edilib.

Gununsesi.info-nun Türkiyə mediasına istinadən məlumatına görə, FETÖ terror təşkilatının əlaqə vasitəsi hesab edilən Bylock tətbiqindən istifadə etdiyi bildirilən “Kastamonu 1966” futbol klubunun qapıçısı, 1980-ci il təvəllüdlü-37 yaşlı Oğuzhan Bahadır saxlanılıb.

Prokurorluqda aparılan araşdırmalarla Oğuzhan Bahadırın Bylock-dan istifadə etdiyi məlum olub. Barəsində həbs qərarı verilən qapıçı evində tutulub. Məhkəmə Oğuzhan Bahadır barəsində həbs-qətimkan tədbiri seçib.

Oğuzhan Bahadır Türkiyənin bir çox tanımış klubunda çıxış edib. O, ötən mövsümün dövrələr arası transferi zamanı “Kastamonuspor 1966” klubuna keçmişdi.

KAMİL

Gununsesi.info