Lənkəranda 30 yaşlı gəlin itkin düşüb.
Gununsesi.org Oxu.Az-ın məlumatına istinad edərək bildirir ki , Lənkəranın Talışlı kənd sakini Əliyev Adil Mürşüd oğlu hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edib.
O bildirib ki, bir evdə yaşadığı gəlini 1989-cu il təvəllüdlü Əliyeva Sevinc Ağalar qızı məktəbə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı araşdırma aparılır.
Gununsesi.org