Daha bir gəlin itkin düşdü

  • By admin
  • 10 Sentyabr 2019 13:25

Lənkəranda 30 yaşlı gəlin itkin düşüb.

Gununsesi.org Oxu.Az-ın məlumatına istinad edərək bildirir ki , Lənkəranın Talışlı kənd sakini Əliyev Adil Mürşüd oğlu hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət edib.

O bildirib ki, bir evdə yaşadığı gəlini 1989-cu il təvəllüdlü Əliyeva Sevinc Ağalar qızı məktəbə getmək adı ilə evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org