Daha bir güləşçimiz vaxtından əvvəl qalib gəldi

  • By admin
  • 19 May 2017 11:10

gulesh_130117_04

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir güləşçimiz yarımfinala yüksəlib.

Gununsesi.info məlumatına görə, idmançımız Nurməhəmməd Hacıyev (97 kq) 1/4 finalda türkmənistanlı Yusup Melejayevlə üz-üzə gəlib.

Güləşçimiz rəqibinə vaxtından əvvəl qalib gəlib – 11:1.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Gununsesi.info