Daha bir güləş millimiz bu gün Avropa çempionu ola bilər

  • By admin
  • 30 Mart 2022 17:54

Sərbəst güləş üzrə Azərbaycan millisi bu gün Avropa çempionu ola bilər.

Gununsesi.info  xəbər verir ki, Olimpiya çempionu Namiq Abdullayevin baş məşqçisi olduğu millimiz hazırda 1 qızıl və 3 gümüş medalla 95 xala malikdir və birinci sıradadır.

Növbəti iki yeri də Qafqaz ölkələrinin milliləri tutur. Belə ki, 1 qızıl və 2 bürünc medala malik olan Gürcüstan 73 xalla ikincidir. 1 gümüş və 1 bürünc medala malik olan Ermənistan isə 51 xal toplayıb.

Bu gün Azərbaycanın çempion ola bilməsi üçün 86 kq-da Əbubəkr Abakarovun qalib gəlməsi, həmçinin Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədovun (92 kq) 2 bürünc medal qazanması lazımdır.

Hazırda Azərbaycanın çempion olmasının qarşısını ala biləcək yeganə komanda Türkiyədir. Çünki hazırkı durumda 2 bürünc medal qazanmış Türkiyə 50 xalla dördüncüdür. Bu gün Türkiyə millisinin 3 finalı var. Əgər türklər bütün finallarda qalib gəlsələr, onlar Avropa çempionu olacaqlar.

Qeyd edək ki, bu ay 23 yaşadək sərbəst güləş millimiz Avropa çempionu olub. Bu münasibətlə ölkə başçısı İlham Əliyev martın 17-də qadın və yunan-Roma millisi də daxil olmaqla, bütün güləş yığmalarımızı qəbul edib.

Gununsesi.info