
Türkiyədə PKK Terror Təşkilatının siyasi qolu olan Xalqların Demokratik Partiyasından (HDP) olan daha bir millət vəkilinin məhkəməsi olub.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, HDP-nin Şanlıurfadan olan millət vəkili İbrahim Ayhan cinayət məcəlləsinin “terror təşkilatını təbliğ etmək” maddəsi ilə Şanlıurfa 5-ci Ağır Cəza Məhkəməsində hakim qarşısına çıxarılıb.
Çıxarıldığı məhkəmədə Şanlıurfadan olan millət vəkili İbrahim Ayhan 1 il 3 ay müddətinə azadlıqdan məhrum olunub.
Anar
Gununsesi.info