
Qazaxda intihar etmək istəyən şəxsin həyatını polis əməkdaşı xilas edib.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.
Bildirilib ki, mayın 12-də saat 23 radələrində 22 yaşlı Ağstafa rayon Dağkəsəmən kənd sakini Adil Allahverdiyev Ağstafa çayının Qazax rayonunun ərazisindən keçən hissəsinin üzərində olan körpüdən özünü ataraq, intihar etmək istəyib.
Qazax RPŞ-nin əməkdaşları dərhal hadisə yerinə gələrək, onunla profilaktik söhbətlər aparıb. Buna baxmayaraq, A.Allahverdiyev özünü atmaq istəsə də, polis əməkdaşlarının çevikliyi və operativ reaksiyası nəticəsində gəncin həyatını xilas etmək mümkün olub.