Daha bir “işə düzəltmək” fırıldağı

  • Müəllif: Firuzə
  • 22 Dekabr 2025 17:17

Sumqayıt şəhərində dələduzluq faktı qeydə alınıb. Zərərçəkənin “işə düzəltmək” vədi ilə aldadılaraq ümumilikdə 4000 manatının ələ keçirilməsi barədə polisə müraciəti daxil olub.

Gununsesi.info  xəbər verir ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı S.Əhmədova müəyyən olunaraq saxlanılıb.

Fakt üzrə araşdırma aparılır.

Gununsesi.info