Daha bir iş adamının həbsi gözlənilir

  • By admin
  • 30 Avqust 2016 16:40

dollar

İstanbul Maliyyə Cinayətkarlığına qarşı Mübarizə Şöbəsinin əməkdaşları Türkiyənin tanınmış iş adamı Ziya Zamburunun evində və ofisində axtarış aparıblar.

Gununsesi.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, axtarış zamanı adıçəkilən şöbənin əməkdaşları Ziya Zamburunun evindən nağd şəklində 630 min ABŞ dollar, ofisində isə 1.014.000 ABŞ dollar və xeyli miqdarda qızıl-zinət əşyaları aşkar edərək maddi sübut kimi götürüblər.

Qeyd edək ki, Ziya Zambur Zeytinburnunda FETÖ/PYD silahlı terror təşkilatı adından pul yığmaqda ittiham olunur.

Anar

Gununsesi.info