Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı istintaq işi sürətli şəkildə davam etdirilir.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün İzmirdə Gediz Universitetinin qurucularından biri olan Abdullah Qovun və “Zaman” qəzetinin Ege regional nümayəndəsi Vahid Yazgan həbs edilib.
Qeyd edək ki, həmin şəxslər Fətullahçı Terror Təşkilatına(FETÖ) olmaqda günahlandırılır.
Anar
Gununsesi.info