Daha bir məktəbin müəllim və şagirdləri qızılcaya yoluxdu

  • By admin
  • 05 Dekabr 2023 16:47

Paytaxtda, A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseyində bir sinifdə 10 şagird və 1 müəllim qızılcaya yoluxub.

Gununsesi.info baku.ws-ə istinadən xəbər verir ki, hadisə sözügedən məktəbin rus bölməsi üzrə 1-ci sinfində qeydə alınıb.

Sinifdə tədrisin distant təhsilə keçib-keçməyəcəyi ilə bağlı Bakı şəhəri üzrə Təhsil İdarəsinin qərarı gözlənilir.

Gununsesi.info