Fransanın məşhur şin istehsalçısı “Michelin” Rusiyadakı biznesini yerli top-menecmentə vermək niyyətindədir.
Gununsesi.info xəbər verir ki, şirkətdə bu qərar mövcud şəraitdə tədarüklərin davam etdirilməsinin mümkünsüzlüyü ilə izah olunur.
“Michelin”in Rusiya nümayəndəliyi ötürülmədən sonra müstəqil struktur kimi fəaliyyət göstərəcək.