Daha bir məşhur Trampın təklifini qəbul etmədi

  • By admin
  • 23 Dekabr 2016 21:58

selin-trump

 

Dünyaca məşhur ifaçı Selin Dion ABŞ-ın yeni seçilmiş prezident Donald Trampın inauqurasiya mərasimində çıxış etməkdən imtina edib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Selin Dion 2017-ci ilin yanvarın 20-də Vaşinqtonda baş tutacaq andiçmə mərasimində çıxış etməyəcək.

Celebrity Apprentice realiti-şousunun prodüseri,Trampın keçmiş həmkarı Mark Bernett inauqurasiya mərasiminin təşkili ilə məşğuldu. O, Selini bu mərasimdə iştirakına inandırmağa çalışsa da, müğənni bundan qəti şəkildə imtina edib.

Daha əvvəl, Hart Bruks və Andrea Boçelli də bu təklifi qəbul etməyib.

Gununsesi.info