
Bakı Nəqliyyat Agentliyi daha bir marşrut xəttinin dəyişməsi ilə bağlı məlumat yayıb.
Gununsesi.info-nun “qafqazinfo”ya istinadən verdiyi məlumata görə, sabahdan 123 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq qismən dəyişdiriləcək. Səbəb Binəqədi-Novxanı avtomobil yolunda aparılan təmir işləri ilə əlaqədar olaraq sözügedən yolun bir hissəsində avtonəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasıdır.
Dəyişikliyə əsasən təmir işləri bitənədək 123 nömrəli marşrut xətti üzrə avtobuslar Masazır və Binəqədi şossesindən keçməklə hərəkət edəcək.
Gununsesi.info