Amerikalı sahibkar və Nyu-Yorkun keçmiş meri Maykl Blumberq 2020-ci ildə ABŞ-ın prezident seçkilərində iştirak etmək üçün sənədlərini təqdim edib.
Gununsesi.org Oxu.az-a istinadən xəbə verir ki, biznesmen seçki kampaniyasında Demokrat Partiyasından iştirak etməyə hazırlaşır.
Sahibkarın komandasının televiziyada reklam kampaniyasına 23 milyon dollar ayırdığı bildirilir. Lakin KİV-in məlumatına görə, bu rəqəm yekun məbləğ deyil, belə ki, o, ABŞ-ın sabiq prezidenti Barak Obamanın yayım xərcləri üzrə rekordunu qıra bilər (24 milyon dollar).
Bu pul vəsaiti Florida, Texas, Massaçusets, Kaliforniya, Pensilvaniya, Missisipi, Miçiqan kimi ştatların televiziyasında reklam kampaniyaları üçün nəzərdə tutulub.