Daha bir müəllim koronavirusdan öldü, işlədiyi məktəb distant tədrisə keçdi

  • By admin
  • 15 Aprel 2021 21:49

Bərdə rayonunda müəllim koronavirusdan vəfat edib.

Gununsesi.info  xəbər verir ki, rayonun Soğanverdilər kənd məktəbinin ibtidai sinif müəllimi Şəhla Qarayeva pandemiyanın qurbanı olub.

62 yaşlı müəllimin bütün ailə üzvlərində də COVID-19 aşkarlanıb.

Müəllimin ölümü ilə əlaqədar kənd məktəbi iki həftəlik distant tədrisə keçib.

Gununsesi.info