Bakıda daha bir nəfər dəm qazından ölüb.
Gununsesi.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, bədbəxt hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib.
Ötən gecə saat 23 radələrində 1999-cu il təvəllüdlü Aleksandr Valeriyeviç Bayramov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. Onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar aparılır.











