Daha bir nənə xəstə nəvəsini diləndirir – Rəsmi açıqlama

Bərdədə daha bir qadının xəstə nəvəsini diləndirməsi ilə bağlı məlumat yayılıb.

Gununsesi.info  xəbər verir ki, bununla bağlı Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

O bildirib ki, uşağa DSP diaqnozu qoyulub və o, buna görə müavinət alır, ancaq buna baxmayaraq, nənəsi tərəfindən Bərdə bazarında mütəmadi olaraq diləndirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı saytımıza açıqlamasında bildirib ki, məsələdən məlumatlıdırlar:

“Hazırda Bərdə Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılır”.

 


Gununsesi.info