Daha bir nəfər dəm qazının qurbanı OLDU

  • Müəllif: Firuzə
  • 12 Fevral 2026 15:02

Bakıda daha bir nəfər dəm qazından ölüb.

Gununsesi.info “Qafqazinfo”ya istinadla xəbər verir ki, bədbəxt hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib.

Ötən gecə saat 23 radələrində 1999-cu il təvəllüdlü Aleksandr Valeriyeviç Bayramov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.

Gununsesi.info