Avropa İttifaqının liderləri Xorvatiyanın 2023-cü il yanvarın 1-dən avro zonaya daxil olmasını təsdiqləyiblər.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı (Aİ) Şurasının yaydığı məlumatda deyilir.
Sənədə əsasən, gələn ildən Xorvatiya avronu tətbiq etməyə başlayacaq. Xorvatiya qoyulan bütün tələbləri yerinə yetirdiyi üçün avronu qəbul etməyə hazırdır və bununla da Avrozona üzvlərinin sayı iyirmiyə çatacaq.
Gununsesi.info