
“Portuqaliya Avropa İttifaqı ölkələri arasında konsensus əldə edildikdən sonra Fələstini suveren dövlət kimi tanımağa çalışır”.
Gununsesi.info xəbər verir ki, bu barədə Portuqaliya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, Portuqaliya ən böyük konsensusa nail olmaq istəyir. Qərara mümkün qədər çox ölkəni cəlb etmək üçün müxtəlif dövlətlərlə məsləhətləşmələr aparır.
Bildirilir ki, Fələstin dövlətçiliyinin tanınması Portuqaliya üçün “qaynar məsələdir”.
Bundan əvvəl İspaniya, İrlandiya və Norveç Fələstini müstəqil dövlət kimi tanıdıqlarını bəyan ediblər.
Qeyd edək ki, rəsmi qərar mayın 28-dən qüvvəyə minəcək.
Gununsesi.info