Daha bir ölkə FETÖ məktəblərini bağladı

  • By admin
  • 06 Yanvar 2017 11:43

feto

Fas Krallığının Daxili İşlər Nazirliyi ölkədə Fəthullah Terror Təşkilatı (FETÖ) ilə bağlılığı olan bütün məktəblərin bağlanmasına göstəriş verib.

Gununsesi.info Türkiyə KİV-nə istinadən xəbər verir ki, Fas Krallığı Daxili İşlər Nazirliyi ölkədə fəaliyyət göstərən “Fateh Sultan Məhmət” məktəbləri bağlanılacaq və bu məktəblərdə təhsil alan şagirdlər isə digər məktəblərə yerləşdiriləcəklər. Ankara Fas Krallığının atdığı bu addımı müsbət dəyərləndirib.

Xatırladaq ki, Türkiyədə silahlı çevriliş cəhdinin təşkilində ittiham olunan Fətullah Gülənə bağlı 170 ölkədə 3 mindən artıq təhsil qurumu fəaliyyət göstərirdi.
Anar
Gununsesi.info