Estoniya hökuməti bu il Rusiya qazının idxalını dayandırmaq qərarına gəlib.
Gununsesi.info xəbər verir ki, bu barədə hökumətin rəsmi saytında bildirilir.
“Biz milli qaz ehtiyatlarını artırmaq və payızda yeni terminalının işə salına biləcəyi Paldiskidə mayeləşdirilmiş təbii qazın qəbulu üçün imkanlar yaratmaq qərarına gəldik”, – Baş nazir Kai Kallas bildirib.
Qeyd edək ki, bundan əvvəl Latviya və Polşa da eyni niyyətlərini bəyan etmişdilər.