
İsrail-Həmas münaqişəsinin başladığı oktyabrın 7-dən sonra kritik bir proses baş verib. Prezident Əbdülməcid Tebbuna Əlcəzair parlamenti tərəfindən İsrailə qarşı müharibəyə başlamaq səlahiyyəti verilib.
Gununsesi.info xəbər verir ki, Əlcəzair parlamentində keçirilən səsvermədə bütün deputatların səsi ilə prezident Tebbuna İsraillə müharibə etmək səlahiyyəti verilib. Həmin anlarda Fələstin xalqını dəstəkləyən şüarlar səsləndirilib.
Əlcəzair Milli Xalq Məclisi 3 gün əvvəl İsrailin Fələstinə, xüsusilə Qəzza zolağına hücumları ilə bağlı növbədənkənar iclas keçirib. Deputatlar Fələstin şərfləri, Fələstin bayraqları daşıyıb və “Əlcəzair ordusu səninlə, Qəzza” kimi şüarlar səsləndiriblər.
Əlcəzairin xarici işlər naziri Attaf çıxış edərək, İsrailin Qəzza zolağına şiddətli hücumlarının səbəbinin oktyabrın 7-dən başlamadığına diqqət çəkib. Nazir “İsrailin Fələstini xəritədən tamamilə silmək cəhdinin inkişaf etmiş bir mərhələsi olduğunu” vurğulayıb.
Yəməndə İranın dəstəklədiyi husilər də keçən həftə İsrailə müharibə elan etdiklərini açıqlamışdılar. Həyəcan vəziyyətinə görə İsrail Qırmızı dənizə hərbi gəmilər göndərib.
Gununsesi.info