Daha bir ölkə TikTok-u qadağan etdi

Nepal hökuməti “TikTok”u qadağan edib.
 

Gununsesi.info xəbər verir ki, Nepal hökuməti TikTok-un ölkədəki ictimai quruluşu pozduğunu əsas gətirərək qadağan etmək qərarına gəlib.

Qeyd edək ki, bu il bəzi ölkələrdə TikTok bağlanıb. Kanada fevral ayında, Belçika, Norveç, İngiltərə və Yeni Zelandiya isə mart ayında TikTok-un dövlət telefonlarında və elektron cihazlarda istifadəsini yasaqlayıb.
İsveç Müdafiə Nazirliyi də təhlükəsizlik baxımından şəxsi heyətin iş telefonlarında TikTok tətbiqindən istifadəsinin qadağan edildiyini açıqlayıb.
Aprel ayında Avstraliya TikTok tətbiqinin federal hökumətə məxsus cihazlarda istifadəsini qadağan edbi.
May ayında ABŞ-ın Montana ştatı TikTok tətbiqindən istifadəni dayandıraraq, ölkədə TikTok-u qadağan edən ilk ştat olub.

Gununsesi.info