Daha bir ölkə Ukraynaya silah göndərə bilər

Cənubi Koreya Ukraynaya silah göndərə bilər.  
 
Gununsesi.info “Reuters” -a istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti məlumat verib.
C.Koreya prezidenti Yun Seok Yeol deyib ki, hökumət Ukraynanı müdafiə etmək və yenidən qurmaq yollarını araşdırır. Əgər Ukrayna genişmiqyaslı mülki hücuma məruz qalarsa, C.Koreya hərbi yardım göstərə bilər.

Nəşr yazır ki, bu, rəsmi Seuldan ilk belə bəyanatdır.

Qeyd edək ki, Cənubi Koreya artilleriya sursatlarının, eləcə də zirehli texnikanın əsas istehsalçılarından biridir.

Şəbnəm

Gununsesi.info