Daha bir ölkə uşaqlara sosial şəbəkələrdən istifadəni qadağan edir

 Avstraliyada olduğu kimi Almaniya da 16 yaşdan aşağı olan şəxslərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulması istəyir.

Gununsesi.info xəbər verir ki, bu barədə DW məlumat yayıb.

Buna dəstək olaraq insanlar arasında sorğu keçirilib.

Sorğuda iştirak edənlərin böyük əksəriyyəti bu qanunun qüvvəyə minməsinin tərəfdarıdır.

İnsanlar sosial medianın uşaq və yeniyetmələrə zərərli təsiri göstərəcəyindən, həmçinin asılılıq yaradacığına görə narahatdırlar.

Vətəndaşların az bir qismi bu məsələyə biganə yanaşıb.

Bəziləri isə sosial medianın uşaq və yeniyetmələrə heç bir ziyanının olmadığını deyir.

Qeyd edək ki, Avstraliya hökuməti 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun layihəsini təsdiqləyib.

Qanun pozuntusuna görə şirkətləri 49.5 milyon Avstraliya dolları (təxminən 32 milyon ABŞ dolları) məbləğində cərimə gözləyir.

 

 

Şəbnəm

Gununsesi.info