Daha bir ölkədə futbol çempionatı dayandırıldı

  • By admin
  • 03 Mart 2020 22:56

İsveçrə Futbol Federasiyası ölkədə yayılmaqda olan koronavirus təhlükəsi ilə əlaqədar futbol yarışlarının dayandırılması barədə qərar qəbul edib.

Gununsesiaz.info xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Qərara əsasən, Superliqa da daxil olmaqla, bütün futbol turnirlərində oyunlar martın 23-nə qədər təxirə salınıb.

Qeyd edək ki, İsveçrədə koronavirus təhlükəsi ilə əlaqədar bütün kütləvi tədbirlər ləğv olunub.

 

 

 

Gununsesiaz.info