İspaniyada Nazirlər Kabinetinin daha bir üzvündə – Ərazi siyasəti və ictimai idarəetmə naziri Karolina Dariasda koronavirus aşkarlanıb.
Gununsesi.org-un “RİA Novosti”yə istinadən məlumatına görə, daha əvvəl koronavirus Bərabər imkanlar naziri İrene Monteroda tapılmışdı. O və onun həyat yoldaşı, Baş Nazirin müavini və “Unidas Podemos” koalisiyasının lideri Pablo İqlesias karantində saxlanılırlar. İqlesiasın özündə koronavirus aşkarlanmayıb.
Qeyd edək ki, cümə axşamı günü İspaniya hökumətinin bütün üzvləri, eləcə də Monkloa iqamətgahının əməkdaşları koronavirusdan analiz verib.