Daha bir ölkə Qazaxıstana sülhməramlı göndərdi

  • By admin
  • 07 Yanvar 2022 20:55

Qırğızıstan hərbçiləri KTMT-nin sülhməramlı missiyasında iştirak etmək üçün Qazaxıstana uçublar.

Gununsesi.info xəbər verir ki, bu barədə Qırğızıstanın Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, Kantdan Qazaxıstana 150 hərbi qulluqçu və 19 texnika göndərilib. Onların daşınması üçün iki təyyarədən istifadə edilib.

Qeyd edək ki, bu gün Qırğızıstan parlamenti qırğız sülhməramlıların KTMT vasitəsilə Qazaxıstana göndərilməsini təsdiqləyib, bundan sonra prezident hərbçilərin göndərilməsi haqqında fərman imzalayıb.

 

 

Gununsesi.info