Daha bir ölkə Rusiyaya xəbərdarlıq edib

  • By admin
  • 19 Fevral 2022 16:32

“NATO Ukraynaya görə Rusiyanın hərəkətlərinə hərbi cavab verməyəcək, lakin sərt iqtisadi sanksiyalar tətbiq ediləcək”.

Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniya Bundestaqının Komitə sədri Mari-Aqnes Strak-Zimmerman Münhen Təhlükəsizlik Konfransında deyib.

“Sərt iqtisadi sanksiyalar artıq hazırdır və əgər Rusiya Prezidenti Vladimir Putin hərbi addım atarsa, bilməlidir ki, NATO tərəfindən hərbi əməliyyatlar aparılmayacaq. Lakin bunun sərt fəsadları olacaq. Ukrayna, təbii ki, müqavimət göstərəcək”, – komitə sədri bildirib.

 

 

Gununsesi.info