Daha bir ölkədə pandemiyanın dördüncü dalğası başladı

  • By admin
  • 04 Aprel 2021 23:50

“ABŞ-da koronavirus pandemiyasının dördüncü dalğası başlayıb”.

Gununsesi.info  xarici mediaya istinadən xəbər verir ki, bunu Minnesota Universitetinin professoru, epidemioloq Maykl Ostreholm deyib.

“Hesab edirəm ki, biz artıq müəyyən mənada yeni bri pandemiyaya qədəm qoymuşuq. Yeganə xoş xəbər odur ki, hazırkı vaksinlər yeni növ B.1.1.7 virusuna qarşı təsirlidir”, – deyə Osterholm bildirib.

Qeyd edək ki, ABŞ-da 30 milyondan çox koronavirusa yoluxma, 554 mindən çox ölüm halı qeydə alınıb.

Xatırladaq ki, daha əvvəl İran pandemiyanın dördüncü dalğasının başladığını elan etmişdi.

Gununsesi.info