Daha bir partiya sədri istefa verir

  • By Günel
  • 12 Sentyabr 2024 12:57

Klassik Xalq Cəbhəsi Partiyası sentyabrın 15-də mühüm qərar verəcək.

Gununsesi.info Globalinfo.az – a istinadən xəbər verir ki, bu barədə açıqlamasında sözügedən partiyanın sədri Mirmahmud Mirəlioğlu deyib.

Sədr bildirib ki, istəlinən seçki kampaniyasından sonra uğur və uğursuzluğa görə atılan addımlar normal cəmiyyətdə təbii qarşılanmalıdır:

“Bütün məsələlərlə bağlı məsuliyyəti birinci şəxs – sədr daşıyır. Bu A variantımızdır. Təbii ki, istefa vermək, özü də istəlinən yerdə və istəlinən zamanda mümkündür”.

M.Mirəlioğlu qeyd edib ki, bu prosesdə ciddi bir məsələ var:

“Bizim əvəzimizdən düşünən, bizim əvəzimizdən təkliflər irəli sürən adamlar və istəklər var. Bu arzu və istəklər çox zaman reallığa uyğun olmur”.

Gununsesi.info