
Gəncədə ər arvadını bıçaqlayaraq qətlə yetirib.
Gununsesi.info-nun APA-nın qərb bürosuna istinadən verdiyi məlumata görə, hadisə bu gün şəhərin Cavad xan qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məhəbbət Vəliyeva ailə münaqişəsi zəminində əri tərəfindən bıçaqlanıb. Qadın xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Faktla balı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.
***
Qeyd edək ki, qatil ər həm də baldızı, 1988-ci il təvəllüdlü Naibə Vəliyevanı bıçaqlayıb.
Gununsesi.info