Daha bir qətl - Bu dəfə Tərtər sakini xüsusi amansızlıqla öldürüldü

  • By admin
  • 12 Oktyabr 2016 12:29

qatl

Tərtərdə qətl törədilib.

HTML tutorial

Gununsesi.info bildirir ki, Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, rayon sakini, 33 yaşlı Səxavət Musayevin üzərində çoxsaylı kəsilmiş-deşilmiş və sınıq xəsarətləri olan meyiti rayonun Şıxarx qəsəbəsi ərazisində tapılıb.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində S. Musayevi xüsusi amansızlıqla öldürən şəxslərin Ağdam rayon sakinləri Aqil Aslanov, Şaiq Həsənov və Səxavət Orucov olması müəyyən edilib. Hər üç şəxs tutulub.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Gununsesi.info