Daha bir qətl xəbəri Gəncədən gəldi - Ər arvadını bıçaqlayıb öldürdü- YENİLƏNİB

  • By admin
  • 17 Avqust 2016 13:18

bicaq

Gəncədə ər arvadını bıçaqlayaraq qətlə yetirib.

Gununsesi.info-nun APA-nın qərb bürosuna istinadən verdiyi məlumata görə, hadisə bu gün şəhərin Cavad xan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1986-cı il təvəllüdlü Məhəbbət Vəliyeva ailə münaqişəsi zəminində əri tərəfindən bıçaqlanıb. Qadın xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla balı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma gedir.

***

Qeyd edək ki, qatil ər  həm də baldızı, 1988-ci il təvəllüdlü Naibə Vəliyevanı bıçaqlayıb.

Gununsesi.info