Daha bir qadağa ləğv edildi

  • By arzu
  • 16 May 2020 16:22
Yeni növ koronavirus (COVID-19) pandemiyası fonunda Azərbaycan vətəndaşları müalicə üçün Türkiyəyə gedə biləcəklər.
Bu barədə Türkiyə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, mayın 20-dən etibarən Azərbaycandan başqa, İraq, Liviya, Gürcüstan, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Yunanıstan, Ukrayna, Rusiya, Cibuti, Əlcəzair, Kosova, Şimali Makedoniya, Albaniya, Bosniya və Herseqovina, Rumıniya, Serbiya, Bolqarıstan, Moldova, Somali, Küveyt, Qətər, Bəhreyn, Oman, Almaniya, İngiltərə, Hollandiya, Pakistan, Qırğızıstan, Şimali Kipr vətəndaşları da müalicə üçün Türkiyəyə səfər edə biləcəklər.
Xəstələrin qəbulu xüsusi qaydalar əsasında keçiriləcək.

Gununsesi.org