“QHT işi” üzrə ittiham olunanlardan biri – “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
Gununsesi.info xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Eldar İsmayılovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası oktyabrın 22-nə təyin edilib.
Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı qətimkan tədbiri seçilib. (Mənbə Apa)













