Daha bir repçi küçənin ortasında güllələndi

  • By admin
  • 29 May 2020 09:45

Torontoda atışma nəticəsində 21 yaşlı repçi Houdini (əsl adi Dimarcio Cenkins) faciəvi şəkildə həlak olub.

Məlumata görə, musiqiçi 15 illik dostu ilə küçədə gedərkən yaxınlıqdan keçən avtomobildən atəş açılıb. Nəticədə, musiqiçidən əlavə onun dostu və yoldan keçən başqa bir nəfər yaralanıb.

Houdini hadisə yerində keçinib. Digər iki qurban isə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, son günlərdə Kanadada bir çox hip-hop ifaçısı, o cümlədən Fourty4Double0, 22 Filthy, Why-S, Bvlly qətlə yetirilib.

 

 

Gununsesi.org