Parlament seçkiləri keçirilən Gürcüstanda daha bir seçici dünyasını dəyişib.
Gununsesi.info-nun APA-nın yerli bürosuna istinadən məlumatına görə, hadisə Batumidə qeydə alınıb. Belə ki, 83 yaşlı kişi 51 nömrəli seçki məntəqəsində səsvermə hüququndan istifadə etdikdən sonra məntəqədən çıxıb. Məntəqəni tərk edən seçicinin qəfil vəziyyəti pisləşib və o yerə yıxılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq, yaşlı seçicinin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, hadisə səbəbindən seçki məntəqəsində bir müddətlik səsvermə dayandırılıb.
Gununsesi.info