Daha bir şirkət Azərbaycan bazarını tərk edir

  • By arzu
  • 11 İyun 2020 18:28

Azərbaycanda 6 ildir fəaliyyət göstərən İsveç şirkəti Azərbaycan bazarını tərk edir.

Gununsesi.org xəbər verir ki, “Private Asset Partners AG” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi ləğv olunduğunu elan edir.

Şirkətin məlumatında qeyd olunur ki, kreditorlar iki ay ərzində tələblərini AZ1065 Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov küçəsi, ev 185, mənzil 79 ünvanına bildirə bilərlər.

Xatırladaq ki, “Private Asset Partners AG” şirkəti 2000-ci ildə İsveçrədə yaradılıb. Lakin şirkətin Azərbaycandakı nümayəndəliyi 2014-cü ildə dövlət qeydiyyatına alınıb.

Gununsesi.org