
Xüsusi ilə Azərbaycana məxsus təyyarənin Qazaxıstanda qəzaya uğramasından sonra dünyada az qala hər gün təyyarə qəzalarını müşahidə edirik.
Belə ki, bu dəfə də Filippinin cənubunda “Beech King Air 350” təyyarəsi qəzaya uğrayıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər həlak olub.
Qəza iri yaşayış məntəqələrindən uzaq məsafədə qeydə alınsa da, hadisə yerinə ilk olaraq yaxınlıqda yerləşən kəndlərin sakinləri gəlib.
Cəsədləri çıxarılıb.
Hadisə ilə bağlı araşdırma başladılıb.
Orxan Saffari