
Nurlana Sabir qızı Əliyeva “Naxçıvan” Universitetinin rektoru təyin edilib.
Gununsesi.org-un “Report”-a istinadən məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov dekabrın 5-də bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, N.Əliyeva bundan əvvəl “Naxçıvan” Universitetində Pedaqoji fakültənin dekanı vəzifəsində çalışıb.