
Bu İranın “MAHAN AİR” aviaşirkətidir ki, müntəzəm olaraq Tehran-Bakı uçuşlarını həyata keçirəcək.
Bu barədə Gununsesi.info-ya AZAL-ın mətbuat xidmətindən verilib.
AZAL-dan bildirlib ki, ümumiyyətlə 2016-cı ildə Pegasus, Iraqi Airways, Fly Baghdad, ATA Airlines, Air Cairo və Komaviatrans aviaşirkətləri Azərbaycana “lou-koster” uçuşlara başlayıb.
Qış mövsümü üçün uçuş cədvəlinin qüvvəyə minməsi ilə daha iki aviaşirkət müntəzəm uçuşlar həyata keçirəcək. Artıq Rusiyanın “Pobeda” lou-kosteri (Rostov-Bakı) oktyabrın 30-dan etibarən müntəzəm reyslərə başlayacaq. Bununla yanaşı oktyabrın 30-da daha bir xirici aviaşirkət, İranın Mahan Air aviaşirkəti (Tehran-Bakı) müntəzəm uçuşlar həyata keçirəcək.
Mürtəza
Gununsesi.info












