Daha bir xarici şirkət Azərbaycanı tərk etdi

  • By admin
  • 12 İyul 2017 15:54

sirket

Böyük Britaniyanın “Petrowell” neft servis şirkətinin filialı “Petrowell Caspian LTD” Azərbaycandakı nümayəndəliyinin bağlanması barədə elan edib.

Gununsesi.info-nun məlumatına görə, şirkətin kreditorları öz tələblərini növbəti iki ay ərzində Bakı, M.Muxtarov küçəsi 203A, 37 ünvana irəli sürə bilərlər.

Qeyd edək ki, “Petrowell” şirkəti müxtəlif neft-qaz avadanlığının layihələndirilməsi, hazırlanması, istehsalı və sınaqdan keçirilməsi sahəsində ixtisaslaşır.

Gununsesi.info