Daha çox seçici səsi topladı, amma prezident ola bilmədi

  • By admin
  • 21 Noyabr 2016 09:17

klinton

ABŞ-da keçirilmiş president seçkilərində məğlub olan Hilları Klinton seçici səslərinin say nisbətinə görə Donald Trampdan 1,5 milyon çox səs toplayıb.

Gununsesi.info-nun APA-ya istinadən xəbərinə görə, bu barədə ABC telekanalı məlumat verib.

Hazırda ABŞ-da prezident seçkilərinin nəticələrinin hesablanması davam edir. Hilları Klinton indiyədək hesablanmış bülletenlərə əsasən 63 390 669 səs, Donald Tramp isə 61 569 824 səs toplayıb.

Xatırladaq ki, ABŞ-da prezidenti ştatların seçki günü müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarət Seçicilər Kollegiyası seçir. Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq kifayətdir.

Donald Tramp Seçicilər Kollegiyasının 276, Hillari Klinton isə 218 səsini toplayıb.

Gununsesi.info