Daha iki komandir öldürüldü: İsrail itkilərini açıqladı

  • By admin
  • 19 Dekabr 2023 09:09

İsrail ordusu Qəzza zolağında baş verən qarşıdurmalarda daha 2 yüksək rütbəli komandirin öldürüldüyünü, öldürülən əsgərlərin sayının isə 7-yə yüksəldiyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, İsrail ordusu verdiyi yazılı açıqlamada Qəzzanın cənubunda “Givati” adlı xüsusi təyinatlı birlik komandiri kapitan Yarin Qahali (22) və xüsusi təyinatlılar komandiri kapitan Netanel Silberqin (33) öldürüldüyünü bildirib. “Yahalom” adlı əməliyyat birliyinin Qəzzanın şimalındakı qarşıdurmalarda öldürüldüyü açıqlanıb.

Açıqlamada bu gün Qəzza zolağında baş verən qarşıdurmalarda şəhid olan əsgərlərin sayının 7-yə yüksəldiyi bildirilib.

İsrail ordusunun Qəzzaya qurudan hücumlara başladığı 27 oktyabrdan bəri həlak olan İsrail əsgərlərinin sayı 129-a yüksəlib.

Digər tərəfdən, israilli hərbi ekspert Amos Harel Qəzzada müharibənin belə davam edəcəyi təqdirdə İsrail əsgərlərinin ölüm xəbərlərinin gəlməyə davam edəcəyini bildirib.

Harel “Haaretz” qəzeti üçün yazdığı məqalədə İsrail ordusunun 20 ildən artıqdır müzakirə mövzusu olan quru əməliyyatı planlarının oktyabrın 7-də Qəzza sərhədindəki yaşayış məntəqələrinə hücumundan sonra gündəmə gəldiyini qeyd edib.

Gununsesi.info